Dünyada koronavirusa yoluxanların sayı 234 min nəfərə çatıb

Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların ümumi sayı 234 073  nəfərə çatıb. 9840 insan “COVİD-19″dan (atipik pnevmoniya) həyatını itirib. Avropada ümumilikdə 104 000 yoluxma faktı qeydə alınıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Daha əvvəlki məlumatda  210 000 yoluxma faktının olduğu bildirilmişdi.

ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyezus brifinqdəki çıxışında insanları koronavirusun qarşısını almaq üçün alkoqollu içkilərdən və siqaretdən imtina etməyə, idmanla məşğul olmağa çağırıb:

İmmun sisteminizin normal işləməsinə kömək edən sağlam və faydalı qidaları yeyin, alkoqolun istifadəsini məhdudlaşdırın və şəkər tərkibli içkilərdən çəkinin, siqaret çəkməyin. Əgər koronavirusa yoluxsanız, siqaret çəkmək kimi pis vərdişiniz xəstəliyin ağır formasının inkişaf riskini artıra bilər”.

Mənbə:RİA “Novosti”

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir