Masallı polisindən nəcib təşəbbüs: sürücülərə tibbi spirt, maska və əlcək paylayıblar

Masallı Rayon Polis Şöbəsi tərəfindən yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı Respublikada həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək olaraq maraqlı və nəcib aksiya təşkil olunub.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, tədbir çərçivəsində Masallı Rayon Polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən sürücülərə və həmin avtomobildə olan sərnişinlərə tibbi spirt, maska və əlcəklər paylanıb.

Həmçinin vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyəti çadırılıb, özlərinin və yaxınlarının müəyyən edilimiş qayda və tövsiyyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyi xatırladılıb.

Sürücülər  bu nəcib aksiyaya və göstərilən diqqətə görə polis əməkdaşlarına minnətdarlıqlarını ifadə ediblər.

Aksiya çərçivəsində ümumilikdə 200-dən artıq sürücüyə tibbi spirt, maska və əlcək paylanıb. Eyni zamanda bu tədbirlər Masallı Rayon Polis Şöbəsində də davam etdirilib: şöbənin inzibati binasına gələn  vətəndaşların əlləri dezinfeksiyası olunub və onların  hər birinə  tibbi maska verilib. 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir