“Rosneft“in prezidenti Seçin: "Neftin bir bareli 3,1 dollara başa gəlir"

“Rosneft “in prezidenti İqor Seçin  neftin hasilatında əməliyyat  xərclərinin az  – bir barelə 3,1 dollar olduğunu açıqlayıb.

Neftin şirkətə ucuz başa gəldiyini vurğulamaqla Seçkin əlavə heç bir investisiya yatırmadan, hazırkı şərtlər altında  22 il hasilatı azaltmadan neft  istehsal edə biləcəklərini deyib.

O, istehlak bazarının itirilməməsinin  vacibliyini vurğulayıb:

Əsas olan bazardakı payı qorumaqdır. Qiymətlər korrektə olur, amma siz öz  istehlakçılarınızdan ayrılsanız,  bir daha ora geri qayıda bilməyəcəkdiniz”.

Qeyd edək ki, hazırda neft bazarında qiymət üzərindən  “müharibə” gedir.

Rusiya OPEK+ formatında hasilatın azaldılması  və beləliklə qiymətlərin sabit saxlanılması təkliflərini qəbul etməyəndən sonra başlayan müharibə hələ pik həddə çatmayıb.

Qərb Rusiyanı bu manevrlə qəsdən neftin qiymətlərinin aşağı düşməsinə rəvac verdiyini düşünür. Bununla Rusiyanın  ABŞ-ın baha başa gələn şist neftini Avropa bazarından sıxışdırıb çıxartmağı planlaşdırdığını düşünənlər kifayət qədərdir.

Lakin Rusiyanın hesaba almadığı bir vəziyyət yaranıb: OPEK-in əsas üzvləri də hasilat  kvotalarından imtina ediblər.  Səudiyyə Ərəbistanı  hasilatı və ixracı bir neçə dəfə artıracağını açıqlayıb. Üstəlik satdığı nefti güzəştli –  təxminən, bazar qiymətindən daha 10 dollar ucuzuna təklif edir. Beləliklə, Rusiyanın təkliflərinə, onun “Ural” markalı neftinə maraq kəskin azalıb.

Qiymətlər bir barelə görə 25 dollara qədər düşüb və bu son hədd kimi görünmür. Xatırladaq ki, bu, “Brent”marka neftin qiymətidir. Azərbaycan nefti ondan baha satılsa da, Rusiya nefti bu qiymətdən (hazırda) 10-20 faiz ucuzdur.

Dünyada  koronavirus  təhlükəsi ilə yaranan iqtisadi tənəzzül fonunda neftə tələbatın azalacağı, belə bir şəraitdə də təklifin bir qədər də artırılacağı perspektivi neftin daha da dəyərsizləşəcəyi ehtimalını gücləndirir.

Bazarda bəzən yuxarı doğru kəskin sıçrayışlar  qeydə alınsa da, bu, müvəqqəti xarakter daşıyır və neftin qiyməti yenidən düşür. Məsələn, dünən belə bir dalğalanma baş vermişdi: neft 10-15% bahalaşmış, qiymətlər 30 dolların üstünə çıxmışdı. Lakin qısa müddət sonra qiymət yenidən 25 dollar həddinə enmişdi.

Bu an neftin qiyməti 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir