Vergilər Nazirliyi vətəndaşları koronavirusla mücadiləyə çağırır: "Sadə gigiyena qaydalarına riayət edək!"

Vergilər Nazirliyi koronavirus pandemiyası ilə bağlı əhalinin maarifləndirilməsi və məlumatlandırılması istiqamətində sosial məsuliyyət tədbirlərini davam etdirir.

Vergilər Nazirliyinin məlumatına görə, koronavirusla mübarizənin səmərəliliyinin artırılması, əhalinin təlaşa düşməməsi və sadə gigiyena qaydalarına riayət etməsinin təşviqi məqsədilə, nazirliyin Media və kommunikasiya idarəsi doğru davranış qaydalarından bəhs edən daha 3 yeni sosial çarx hazırlayıb. Bu sosial çarxlar “Yaşlıları koronavirusdan qoruyaq!, “Tibbi maskalardan nə zaman və necə istifadə etməliyik?”“Koronavirusdan qorunmaq üçün əllərimizi necə yumalıyıq?” mövzularına həsr edilib.

Təbliğat və təşviqat materiallarını yükləmək üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz:

















Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir