XİN: "Tədbirli davranmaq və özünütəcrid qaydalarına uyğun olaraq evdə qalmaq mütləqdir"

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşlara müraciət edib.

Müraciətdə aşağıdakılar qeyd olunur:

“Əziz həmvətənlərimiz dünyada COVİD-19 virusu yayılmağa başladığı andan Azərbaycan Respublikası Prezidentinin başçılığı altında Hökumətimiz sistemli şəkildə qabaqlayıcı və qoruyucu tədbirlər həyata keçirir, bununla yanaşı insanlar mütəmadi məlumatlandırılır.

  •  Biz də vətəndaş məsuliyyətimizi anlamalı və həm özümüzə, həm də ətrafımıza qarşı diqqət göstərərək evlərimizdə qalıb və yalnız zərurət yarandığında digər insanlarla kontakta getməliyik.

Vətəndaşların dərs və işinin müvəqqəti dayandırılmasının insanlararası təmasın minimuma endirilməsinə şərait yaratmasına baxmayaraq:

Yenə də bəzi vətəndaşlarımız bayram süfrələri təşkil edir, kütləvi olaraq bir yerə toplaşır, bir-birinə qonaq gedirlər. Qohum, tanış fərqi olmadan hər bir təmasın potensial yoluxma vasitəsi olduğunu unutmayaq və bu dövr ərzində qərar və qaydalara ciddi riayət edək”.

  • “COVİD-19” virusuna qarşı ən həssas qrupla – yaşlı və xroniki xəstələrlə münasibətdə daha diqqətli olmaq, onların digər insanlarla təmasını azaltmaq zəruridir.

Təşvişə ehtiyac yoxdur, lakin dövlətimizə, eləcə də bizim üçün 7/24 çalışan insanlara dəstək olaraq:

Tədbirli davranmaq və özünütəcrid qaydalarına uyğun olaraq evdə qalmaq vacib və mütləqdir”.

  • Xarici ölkələrdəki vətəndaşlararımızın da hazırda olduqları ölkələrin müəyyən etdiyi karantin qaydalarına riayət etməsi vacibdir.
  • Xaricdən qayıdan bütün Azərbaycan vətəndaşları 14-28 günlük karantin rejiminə yerləşdiriləcəklər.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiyanın elan olunduğu bir vaxtdan dünyanın əksər ölkələri fövqəladə vəziyyət rejiminə keçmişdir.

İnsanların səfər şəraitində digər insanlarla təmas və yoluxma riskinin yüksək olduğunu və indiki halda ən yaxşı mühafizənin qaldığı yerdə özünütəcrid olduğunu nəzərə alaraq, ölkə daxilində və xaricində olan vətəndaşlarımıza səfərlərdən çəkinmələri ciddi şəkildə tövsiyə olunur”.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir