ABŞ Prezidenti Kim Çen Ina koronavirus epidemiyasına qarşı əməkdaşlıq niyyətini bildirib

ABŞ Prezidenti Donald Tramp KXDR lideri Kim Çen Ina məktub göndərib və ona “epidemiya” ilə mübarizədə əməkdaşlıq etmək istədiyini bildirib.

Bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp tərəfindən Kim Çen Ina göndərilən fərdi məktub aldıq. Məktubda o, iki ölkə arasındakı münasibətləri inkişaf etdirmək planını da izah edib və epidemiya əleyhinə işlərdə əməkdaşlıq etmək niyyətində olduğunu bildirdi”.

, – məktubda belə deyilir.

Qeyd olunur ki, prezident Tramp da “sədrin ad günü təbriklərini aldığını eşitdikdən sonra” Kim Çen Ina və KXDR xalqına rifah diləyib və “sədrlə münasibətləri yüksək qiymətləndirdiyini” deyib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir