Meksikada hərbi helikopter qəzası baş verib

 Meksikada hərbi helikopter qəzaya uğradı, ölən və yaralananlar var

Meksikanın Hərbi Dəniz Donanması Nazirliyinin “Black Hawk” helikopteri Verakrus ştatının şərqində qəzaya uğrayıb.

Bu barədə nazirliyin “Twitter”dəki səhifəsində bildirilib.

Qeyd edilir ki, hadisə Tepekuitlapa rayonunda, Teuipanqo bələdiyyəsi ərazisində baş verib. Qəza zamanı 1 hərbçi həlak olub, 9 nəfər xəsarət alıb.

Regionun qubernatoru Kuitlauaka Qarsiya özünün “Twitter”dəki səhifəsində bildirib:

Qəzaya uğrayan hərbçilər oğurlanmış insanların azad olunması əməliyyatına cəlb ediliblər”.

Qəzanın başvermə səbəbi açıqlanmır.

Mənbə:TASS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir