Türkiyədə koronavirusdan həyatını itirənlərin sayı artıb

 

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Kocanın açıqladığı  məlumata əsasən, qardaş ölkədə  son 24 saat  ərzində koronavirus xəstələrindən 12 nəfəri həyatını itirib. Türkiyədə bu anadək koronavirus səbəbindən dünyasını dəyişənlərin sayı 21-ə yüksəlib.

Nazir ötən müddətdə 2 min 953 şübhəlinin testdən keçirildiyini , 277 nəfərdə koronavirus aşkar edildiyini  bildirib.  Türkiyədə  947 nəfər koronavirus xəstəsi var.

Fəxrəddin Koca həyatını itirənlərin əsasən yaşlı insanlar olduğuna diqqət çəkərək ölkə ərazisində ahıl vətəndaşların evdə qalmalarını, bununla bağlı hökumət qərarına əməl olunmasını istəyib.

Xatırladaq ki, Türkiyədə 65 yaşdan yuxarı şəxslərin küçəyə çıxmasına qadağa qoyulub.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir