Ağsudan Bakıya təcili yardım maşını ilə sərnişin daşımağa cəhd olub

Azərbaycanda təcili tibbi yardım maşını ilə rayonlardan paytaxta sərnişin daşımağa cəhd edilib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə:

Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin təcili tibbi yardım avtomobilinin sürücüsü Sadiq Səmədovun idarə etdiyi 90-JM-977 dövlət nömrə nişanlı maşınla Bakıya sərnişin daşıyan zaman Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb”.

Təcili tibbi yardım maşınının içərisində sürücüdən başqa 4 nəfər də olub.

Polis əməkdaşları sərnişini avtomobildən düşürüb, sürücü isə onların suallarına cavab verməkdən boyun qaçırıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir