Fatih Terim də koronavirusa yoluxub

Türkiyənin məşhur “Qalatasaray”  klubunun texniki direktoru Fatih Terim koronavirusa yoluxub.

Bu barədə o özü xəbər verib. Fatih Terim “Twitter” səhifəsində  yazıb:

Bu gün  aparılan koronavirus  testinin nəticəsi pozitiv çıxıb.  Xəstəxanada əmin əllərdəyəm. Narahat olmayın.

Bu xəbərin ardından ona “Keçmiş olsun” mesajı ilə can sağlığı diləyənlər arasında “Qalatasaray”ın  əzəli rəqibi  “Fənərbağça” klubu da olub.

Xatırladaq ki, bir neçə gün əvvəl “Qalatasaray”  klubunun vitse-prezidenti Abdurrahim Albayrakda da koronavirus aşkar edilmişdi.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir