Türkiyədə ağır koronavirus xəstələrinin müalicəsində Çində istifadə olunan özəl dərman preparatı tətbiq edilib

Çində tətbiq olunan özəl bir dərman preparatı bu gün Türkiyədə istifadə olunub. Səhər saatlarında ölkəyə çatdırılan, əsasən səhhəti ağır olan xəstələrin müalicəsində istifadə ediləcək dərman vasitəsilə 11 və ya 12 günə müalicə olunan xəstənin 4 günə müalicə edilə biləcəyi iddia olunur, nəticələrinə baxacağıq”.

Bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca keçirilən mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, bu preparatın Türkiyəyə yetərincə gətirilməsi üçün Türkiyədəki Çin səfiri ilə görüşüb. Onun sözlərinə görə, təhlükəli virusa yoluxanlar arasında səhhətləri yaxşılaşanlar da var: “Bu statistika ilə bağlı yaxın zamanlarda açıqlama veriləcək”.

Fəxrəddin Qoca Türkiyədə tibb işçiləri arasında da müayinə nəticələri pozitiv olanların olduğunu açıqlayıb.  Qeyd edib ki, Türkiyədə koronavirusdan dünyasını dəyişənlər yaşlılar, xüsusilə ağır diaqnozlu yanaşı xəstəliklər nəticəsində  müqaviməti zəif olan insanlardır.

Fəxrəddin Qoca hazırda virus nəticələri pozitiv çıxan xəstələrin müalicəsində, ABŞ Prezidentinin də “fayda gördük” deyərək nəzərdə tutduğu dərmandan daha öncə də Türkiyədə istifadə olunduğunu əlavə edib. Nazir bunu da vurğulayıb:

Türkiyə tibbi tənəffüs sistemi ləvazimatının istehsalına başlayacaq”.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir