8 apreldə Çinin Uhan şəhərində karantin rejimi ləğv ediləcək

 

Aprelin 8-də Çinin Uhan şəhərində koronavirusla əlaqədar tətbiq olunan karantin rejimi ləğv ediləcək.

Uhan sakinlərinə aprelin 8-dən başlayaraq şəhəri tərk etmək icazəsi veriləcək. Yeni növ koronavirusun epidemik ocağı – mərkəzi sayılan Hubey vilayəti səlahiyyətliləri martın 19-dan əhali arasında yeni yoluxma hallarına rast gəlinməməsi, 0-a enməsi barədə məlumat verməsi olub.

Qeyd edək ki, Çin hökuməti Uhan və şəhərətrafı rayonlarda ciddi karantin rejimini yanvarın 23-dən bəri tətbiq edib. Bu müddət ərzində 60 milyon sakinin hərəkəti məhdudlaşdırılıb.

Xatırladaq ki, yeni növ koronavirus – “SARS-nCoV-2” epidemiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində qeydə alınıb. Hazırda 195 ölkə və bölgəni saran qlobal pandemiya nəticəsində indiyədək yoluxanların ümumi sayı 381 761-ə çatıb.  Yoluxanların 102 429 nəfəri sağalıb, 16 558 nəfəri isə həyatını itiriblər.

Mənbə:“Bloomberg”

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir