Mübariz Mənsimov ABŞ-da ermənilərlə tərəfdaşlıqla şirkət qurubmuş

Srağagün ABŞ-da – Utah Salt Lake City Federal Məhkəməsində “Noil Energy” şirkətinin idarə heyətinin sədri Levon Termenzyan ilə “Washakie Renewable Energy” şirkətlərinin sahibləri – Jacop və Isaiah Kingston qardaşlarının  işinin qərar iclası keçirilib.

Məhkəmədə bu şəxslərin mütəşəkkil qaydada sənədləri saxtalaşdırmaq yolu ilə xəyali ixrac əməliyyatları  keçirdiyi, bununla da ABŞ dövlətindən 1 milyard dollar məbləğində vergi ödəmələri və təşviq vəsaiti alıb mənimsədikləri təsbit edilib.

Bu məhkəmə  27 yanvar 2020-ci il tarixində  başlanılıb. 10  fərqli  maddə ilə ittiham olunan erməni Levon Termenzyana ümumilikdə 130 il həbs istənilir.  

Onun cinayət ortaqları – Kingston qardaşları Federal Tədqiqatlar Bürosu (FBİ) ilə anlaşaraq məhkəmə ilə əməkdaşlıq ediblər. Bunun müqabilində onlara 30 il həbs istənilir. (Müttəhimlər kürsüsündə oturan hər üş şəxs 2018-ci ildə FBİ tərəfindən tutulub)

Məhkəmə 7 həftə sürüb. Son iclasda hakim Jill N. Parriş müttəhimləri  ittiham olunduqları maddələr (dövlət vəsaitini mənimsəmək, vergidən yayınmaq, gizli maliyyə, qanunsuz pul köçürmələri və s.)  üzrə günahkar bilib və onların cəza müddətlərinin yaxın günlərdə elan olunacağını  bəyan edib.

Bunun bizə nə dəxli var?

Bizə dəxli yoxdur, amma Mübariz Mənsimova – var. Necə və nə dərəcədə – buna da hər kəs sonda özü qərar verər.

Yəqin ki, diqqət etdiniz:  ABŞ məhkəməsində şəxsinə 130 il həbs cəzası istənilən Levon Termenzyan ermənidir.

Levon Termenzyan

Bu o Levondur  ki, istintaq zamanı adı hallananda Mübariz Mənsimov onunla əlaqəsini inkar etmişdi.

Xatırladaq ki,  Levon Termenzyanla əlaqələri haqqında iddialar səslənəndə Mübariz Mənsimov  buna çox sərt reaksiya ilə rədd  edərək o “məşhur” bəyanatını vermişdi:

Heç bir erməni yanıma belə yaxınlaşa bilməz. Belə iddialar erməni diasporunun mənə atdığı iftiralardır.

Üstəlik əlavə etmişdi ki:

Hətta 3 nəsil əvvəlində erməni olan biri belə yanımda işləyə, yanıma yaxınlaşa  bilməz. Azərbaycanlı olan biri erməni ilə əməkdaşlıq edərsə, o azərbaycanlı deyil, xaindir.

Amma…

“Mübariz Mənsimov tərəfdaşımız idi”

deyən Termenzyanın ailəsi Mənsimovun sözlərini kökündən inkar edib, özü də ABŞ məhkəməsi önündə!

Levon Termenzyanın oğlu Gerogi Termenzyan Salt Lake City Federal Məhkəməsində “Palmali Holding” idarə heyətinin sədri Mübariz Mənsimov Qurbanoğlunun atası haqqında söylədiklərinə cavab olaraq deyib:

Mübariz Mənsimov tərəfdaşımız idi. Mənsimov ilə 2016-cı ildə atamın təlimatı ilə  qərargahı Kaliforniyada olan “Palmali USA LLC” adlı şirkət qurduq. Mübarizin söylədikləri doğru deyil.

Georginin əmisi – yəni Levonun qardaşı da “Palmali USA LLC” şirkətinin yaradılmasına levonla Mübarizin birgə qərar verdiyini bəyan edib.

Onun iddiasına görə, ABŞ kabotajında yükdaşıma məqsədilə (Amerikada inşa olunmuş) neft və digər təyinatlı tankerlərin də olduğu donanmanı Mübariz Mənsimov kirayələyəcək və ya satın alacaqdı.

Levon Termenzyan isə Pentaqonun (ABŞ Müdafiə Nazirliyinin) və NATO-nun yükdaşıma kontraktlarını  adına təşkil edəcəkdi.

Yaxşı, fərz edək ki, ermənilər həmişə olduğu kimi yenə də yalan danışırlar, amma belə bir, özü də eyni adlı  şirkət qurulub axı, bu da onun qeydiyyat sənədi:

“PALMALI USA LLC”

Bəs bunu nə ilə izah edək?

Alihəzrət fakt göz qabağındadır və bu boyda  cidanı çuvalda gizlətmək mümkün deyil:

Levon Termenzyan, onu ortaqları – Kingston qardaşları və baş ofisi İstanbulda olan “Palmali” dənizçilik şirkətinin idarə heyətinin sədri Mübariz Mənsimov Qurbanov  27 oktyabr 2016-cı il tarixində 201630710161 rəqəmsal fayl nömrəli “PALMALI USA LLC” adlı (dənizçilik) şirkət qurublar.

Şirkət Kaliforniyada xam neft daşımaqları üzrə fəaliyyət göstərib.

Kaliforniya dövlət katibliyində 18 noyabr tarixində 16-499992 nömrəsi ilə qeydiyyata alınmış “PALMALI USA LLC” şirkətinin baş direktoru  Levonun oğlu – Georgi Termenzyan təyin olunub.

“PALMALI USA LLC” şirkətinin qeydiyyat ünvan: 1234 W Cowles St, Long Beach, CA 90813

P.S. Mənsimovun

Heç bir erməni yanıma belə yaxınlaşa bilməz”

bəyanatının nə qədər səmimi olduğunu isə bu foto bariz ifadə edir:

Mübariz Mənsimov Qurbanoğlu və ortağı Levon Termenzhyan: 2 oktyabr 2016-cı il tarixində Bereket-Yasemin Öner cütlüyünün nigah şahidi olublar

 

Mənbə: habererk

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir