Almaniyada koronavirusa dair epidemioloji vəziyyət ciddi nəzarətdədir

Dünyanın SARS-CoV-2 koronavirusunun yayılmasına qarşı mübarizəsi davam edir. Bu günədək 196 ölkə və ərazidə qeydə alınan “COVİD-19” pnevmoniyasının törədicisinə – yeni tip koronavirusa yoluxanların ümumi sayı  400 000-dən çoxdur. Yer kürəsi əhalisinin 108 000 nəfərdən çoxu bu yoluxucu xəstəlikdən sağalmış, 18 000-dən çoxu isə həyatını itirib.

Son zamanlarda qlobal pandemiya bəlasından ən çox xəsarət alan ölkə, ağır statistik döstəricilər İtaliya olduğu halda, Almaniyada epidemioloji vəziyyət bu baxımdan minimal səviyyədədir.

Robert Kox adına İnstitutun (RKI) rəhbəri Lotar Viler (Lothar Wieler) bu günəcən Almaniyada “COVİD-19″dan baş verən ölüm hallarının nisbi azlığının səbəbi belə izah edib:

Bu, Almaniyada koronavirusun ilk həmlədəcə təsbit edilməsi, çoxlu sayda diaqnostik test müayinələrinin aparılması, yoluxanların vaxtında aşkarlanması ilə bağlıdır. Biz epidemiyanın başlanğıc mərhələsindəyik. Hələ ki yaşlı insanlar arasında yoluxma halları nisbətən azdır, yoluxanların çoxunda isə xəstəlik yüngül formada keçir. Bundan sonra gedişatın necə olacağı isə açıq sual altındadır”.

ÜST-ün son hesabatına görə, son 24 saat ərzində Almaniya Federal Respublikasında “SARS-CoV-2” virusuna 2713 yeni yoluxma halı təsbit edilib, bununla yoluxanların ümumi sayı 35 704-ə; 22 yeni ölüm qeydə alınması nəticəsində isə həyatını itirənlərin ümumi sayı 181-ə çatıb. Sağalanların sayı 3540 nəfərdir.

Ölkə ərazisində sosial ünsiyyətin, təmasın maksimal dərəcədə məhdudlaşdırılması istiqamətində, epidemiya əleyhinə  sərt tədbirlər tətbiq edilir.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir