Bayram tətilindən sonra daha 1 həftə iş olmayacaq

Azərbaycan Respublikasının ərazisində koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti ölkə  ərazisində xüsusi əmək rejimi haqında qərar qəbul edib. Qərara əsasən:

  • beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart – 3 aprel tarixləri,
  • altıgünlük iş həftəsində çalışanlar üçün 26 – 28 mart və 30 mart4 aprel tarixləri

qeyri-iş günləri müəyyən edilib.

Bu, dövlət əhəmiyyətli, həyat təminatlı obyektlərə, həmçinin banklara, supermarketlərə, ərzaq mağazalarına, əczaçılıq müəssisələrinə, apteklərə, yeyinti məhsulları istehsalı müəssisələrinə və bu qərarın əlavəsində nəzərdə tutulan dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərinə və zəruri halda onların işə cəlb etdikləri işçilərə şamil edilmir.

Qərarda qeyd olunan müddətlərdə müvafiq işlərə cəlb edilən işçilərlin əməkhaqqıları saxlanılacaq və işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir