Sinqapur alimləri yeni koronavirusu 5 dəqiqəyə təyin edən "Cepat" testi icad ediblər

Sinqapur alimləri 5 dəqiqə ərzində koronavirusu aşkarlamağa imkan verən ekspres-test hazırlayıblar. 

Elm, Texnologiya və Tədqiqatlar Agentliyinin əməkdaşları tərəfindən ixtira edilən test “Cepat” adlandırılıb. Bu barədə “The Straits Times” qəzeti xəbər verib.

Laboratoriyanın müdiri professor Ceki İn açıqlamasında bildirib ki, “Cepat” testinin kütləvi istifadəsi üçün 1 ay ərzində lisenziyanın alınacağını gözləyirlər.

Dövlət xəstəxanalarından birində aparılan klinik tədqiqatların nəticələrinə əsasən bu testin yüksək dəqiqliyinə tam əminik. Lisenziya alındıqdan sonra ekspres müayinələr yalnız klinikalarda deyil, bütün poliklinikalarda aparılacaq. Hal-hazırda laboratoriyalarımız sutkada 2000 “Cepat” istehsalını gerçəkləşdirməyə qadirdir”.

, – xanım professor deyib.

Qeyd edək ki, Sinqapurda 558 nəfər koronavirusa yoluxub. Onlardan 150-dən çoxu sağalıb, 2 ölüm halı qeydə alınıb.

Mənbə:TASS

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir