Koronavirusa yoluxmalar sərbəst əhali arasında daha çox aşkarlanır

Bu gün karantində olanların sayı 3300-dən çoxdur, onların əksəriyyəti xaricdən gələnlərdir”

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən iclasında açıqlayıb.

O,  respublika  üzrə 25 məntəqədə karantin evləri olduğunu və koronavirusa yoluxanların çoxunun  ölkə daxilində qeydə alındığını  bildirib:

Təəssüf hissi ilə deməliyəm ki, son zamanlar virusa yoluxmalar daxildə daha çox aşkarlanır”.

Zaur Əliyev  xəstəxanaya müraciət edən, pnevmoniya diaqnozu qoyulan və digər simptomları olan şəxslərdən yaxma götürülüdüyünü,  testlər nəticəsində  onlarda  virusun təsbit oldunduğunu qeyd edib. O, bu şəxslərin virusu yaydıqlarını  vurğulayaraq deyib:

 Bunun daha da genişlənəcəyini nəzərə alaraq, ölkə üzrə virusla mübarizəyə 21 xəstəxana ayrılıb. Xəstəxanalara lazım olan avadanlıq, tibbi personal və tibbi ləvazimatların çatışmazlığı aradan qaldırılıb. Bakı şəhərində 6, regionlarda 15 xəstəxana ayrılıb. Artıq regionda aşkar olunan xəstələr öz rayonlarında, Bakıda çıxanlar isə paytaxtdakı xəstəxanalarda yerləşdirilir”.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir