ABŞ Prezidenti yoluxma hallarının rekord sayını haqlı mövqedə şərh edib

 

Amerika Birləşmiş Ştatların koronavirusa yoluxma hallarının sayı üzrə dünyada birinci yerə çıxması yaxşı işləyən sistemlə izah olunur”.

Bu barədə ABŞ Prezidenti Donald Tramp dünən Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib.

ABŞ-ın yeni növ koronavirusa yoluxanların sayına görə Çini ötməsi barədə statistik göstəricilərin nəticəsini dövlət başçısı belə şərh edib:

Düşünürəm ki, bu, bizim sınağı necə keçirməyimizlə izah olunur. Biz inanılmaz sayda insanı yoxlayırıq. Əminəm ki, Çində kimin indiyədək diaqnostik testlə laborator müayinə olunub-olunmadığını demək mümkün deyil. Bu, kifayət qədər çətindir. Heç kim bilmir ki, Çində real hansı rəqəmlər mövcuddur”.

Mənbə:TASS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir