Türkiyə koronavirusla mübarizə tədbirlərini gücləndirir

Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdoğan  televiziya vasitəsilə xalqa müraciət edib. O, koronavirusla bağlı  vəziyyət və görülən, nəzərdə tutulan tədbirlər haqqında  danışıb.

Ərdoğan  koronavirusla bağlı ölkədəki epidemoloji vəziyyət  barədə məlumat verib:  Türkiyədə 5698 virus daşıyıcının  qeydə alındığını,  92 xəstənin həyatını itirdiyini, 344 nəfərin reanimasiyada müalicə aldığını, 44 nəfərin sağaldığını diqqətə çatdırıb.

Prezident tibbi təchizat, ləvazimat, qoruyucu vasitələrlə, eləcə də dərman və qida ehtiyatları ilə bağlı  heç bir problemin olmadığını vurğulayıb.  Türkiyə Prezidenti ölkədə koronavirusla mübarizə tədbirlərinin gücləndirilməsi haqqında yeni qərarlar alındığını bildirib və onları açıqlayıb.

Qərarlar  ictmai təcrid, minimum sosial kontakt  və karantin əsaslı olub.

Türkiyədə şəhərlərarası nəqliyyat  məhdudlaşdırılıb.  Prezidet daha ciddi məhdudiyyətlərin  əsasən 30 böyük şəhəri əhatə edəcyini bildirib.

Yeni  tədbilər proqramına əsasən, hərbiçilər də (çağırışçılar və tərxis olunanlar) 14 gün müddətinə  karantinə alınacaq.

Ərdoğan vətəndaşlara müraciət edərək zərurət olmadıqca bayıra çıxmamağa çağırıb və qeyd edib ki:

Bu böhranın öhdəsindən gələ bilmək üçün daha çox fədakarlıq etməli olduğumuz dövrə girmişik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir