Türkiyədə koronavirusa 2069 yeni yoluxma faktı aşkarlanıb, 17 nəfər həyatını itirib

Türkiyədə son 24 saatda aparılan 7 533 test müayinəsi nəticəsində 2069 nəfərin yeni növ koronavirusa yoluxması təsbit edilib, 17 nəfər “COVİD-19″dan həyatını itirib.

Bu günədək ölkə ərazisində koronavirusa görə cəmi 47 823 diaqnostik test aparılıb. Türkiyədə yoluxma hallarının ümumi sayı 5 698, xəstəlikdən can itkisinin ümumi sayı isə 92 nəfərdir.

Hal-hazırda müalicə olunanlardan 344 nəfər İntensiv reanimasiya şöbəsində yerləşdirilib. 241 xəstənin tənəffüsü intubasiya vasitəsilə təmin edilir.

42 nəfər xəstəlikdən sağalaraq evə buraxılıb.

 

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir