Macarıstan Türkiyə və Özbəkistana köməyə görə təşəkkürünü bildirib

Türkiyə bu məqsədlə Macarıstana tibbi maska istehsalı üçün 8 ton tekstil ixrac edib, Özbəkistan  150 000  tibbi maska yollamaqla öz yardımını əsirgəməyib. Macar nazir öz təşəkkürünü:

 Türk ve Özbək hökumətlərinin yardımı çok önemlidir, minnətdarıq. Gerçək dost pis zamanda bəlli olur”.

, – ifadə edərək bildirib.

Macaristan Baş Naziri Viktor Orban, yeni növ koronavirus epidemiyası əleyhinə mücadilə məqsədilə Macaristana Türk Dilli Ölkələrin İşbirliği Şurası (Türk Keneşi-Türk Şurası) ölkələrindən ve Çindən yardım gəldiyini söyləyib.

Baş Nazir dövlət radiosundakı həftəlik çıxışı zamanı qlobal pandemiya ilə mübarizədə Avropa Birliyinin (AB) yetərsiz qaldığına diqqət çəkərək belə deyib:

Biz AB üzvləriyik və güclü bir AB istəyirik, amma zəifliklərin olduğunu görməliyik. Bu zəifliklər ələlxüsus bu ərəfələrdə açıq-aşkar göründü. Qonşu ölkələrlə – Polşa, Çexiya, Slovakiya (V4) ilə ayrıca görüşürük. Çindən yardım aldıq və Türk Şurasından Macarıstana yardım etmələrini istədik və etdilər də. Hal-hazırda vəziyyət belədir. Amma AB ölkələrindən yardım edilməyib. Qərb ittifaqının bir hissəsiyik, bura bizim evimiz, amma görürük ki, daxildən kömək  gəlmir”.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir