Moskvada sabahdan küçəyə çıxmaq sərt qaydada məhdudlaşdırılacaq

Rusiyada koronavirusa yoluxma halları daha çox paytaxt Moskvada qeydə alındığına görə yeni qadağa elan edilib.

Bu barədə Moskva meri Sergey Sobyanin bildirib:

Sabahdan etibarən Moskva sakinləri yaşından asılı olmayaraq evlərində özlərini təcrid etmək məcburiyyətindədirlər”.

Xəstəliyi yüngül keçirənlər həkim nəzarəti altında ev şəraitində müalicə olunacaq, pulsuz dərmanla təmin olunacaqlar.

Hər bir sakin yaşadığı ərazidən ən çox 100 metr məsafəyədək uzaqlaşa bilər, alış-veriş ən yaxın marketdən edilməlidir.

Qeyd edək ki, Rusiyada yeni növ koronavirusa yoluxma hallarının ümumi sayı 1 534-sə, bunun 1014-ü paytaxt Moskvada təsbit edilib.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir