U.Tağıyeva: "Paytaxtda havanın keyfiyyəti nəzərəçarpacaq dərəcədə təmizlənib"

“Biz həmişə atmosferə atılan tullantıların azaldılması ilə bağlı çağırışlar etmişik. Bu, istər nəqliyyatdan və ya sənaye müəssisələrindən atılan tullantı qazları  olsun, istərsə də  müasir təmizləyici qurğulardan istifadə etməyən ictimai-iaşə obyektləri olsun”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Bu gün avtomobillərin sayının azalması nəticəsində paytaxtda havanın keyfiyyəti nəzərəçarpacaq dərəcədə təmizlənib. Belə nəticələr digər ölkələrdə də qeydə alınıb”.

Bu, zərərli tullantıların atmosferə atılmasının azaldılmasının əhəmiyyətli dərəcədə havanın təmizlənməsinə təsirinin bariz nümunəsidir.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir