DİN karantin dövründə fəaliyyətinə icazə verilən obyektlər haqqında məlumat verib

Daxili İşlər Nazirliyi (DİN) xüsusi karantin rejimi dövründə hansı obyektlərin fəaliyyətinin dayandırılmadığını   açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun verdiyi məlumata görə:

  • Avtoyuma məntəqələri,
  • avtomobil təmiri sexləri,
  • avtomobil ehtiyat hissələrinin satışı mağazaları,
  • tikinti materiallarının satışı mağazaları,
  • kimyəvi və quru təmizləmə məntəqələri,
  • mal-qara yemi satılan mağazalar,
  • zoomağazaların fəaliyyətinə heç bir məhdudiyyət  qoyulmayıb.

DİN rəsmisi vətəndaşların şəxsi nəqliyyat vasitələrindən istifadəsinə qadağa qoyulması barədə yayılan məlumatların  yalan olduğunu diqqətə çatdırıb:

Şəxsi avtomobillərin hərəkətinə heç bir məhdudiyyət qoyulmayıb. Bununla belə tövsiyə olunur ki, ciddi zərurət olmadan lüzumsuz yerə nəqliyyatdan istifadə olunmasın. Avtomobil sahibləri və sürücülər yol hərəkəti və rejim qaydalarına ciddi riayət eləsinlər”

 

Mənbə: APA

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir