Türkiyə Prezidenti növbəti dəfə xalqa müraciət edib

Prezident Rəcəb Tayyib Ərdoğan  koronavirus pandemiyası ilə mübarizədəki son vəziyyətdən bəhs edib. Görülən tədbirləri xatırladıb və öncədən hazırlıq sayəsində Avropaya nisbətən  pandemiyanın öhdəsindən daha uğurla gələcəklərini vurğulayıb.

Türkiyənin maddi-texniki, o cümlədən ərzaq-qida  ehtiyatlarının yetərli olduğunu, köməyə ehtiyac duyan ölkələrə – İspaniyaya və İtaliyaya ölkəsində istehsal olunan tibb ləvazimatı  humanitar yardım göstərildiyini bildirən prezident əhaliyə müraciətlə vətəndaşlardan karantin qaydalarına riayət  etmələrini istəyib.

Ölkədə sahibkarların vergi və kredit mükəlləfiyyətlərinin 6 ay təxirə salındığını xatırladan Ərdoğan dövlətin  iqtisadi təşviq və sosial himayə planlarından, alınan qərarlardan danışıb.

Prezident  ölkədə məhdud gəlirli insanlara kömək  və digər  humanitar məqsədlər üçün yardım fondu yaradıldığını və öz 7 aylıq maşını o hesaba keçirdiyini elan edib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir