Türkiyədə son vəziyyət və koronavirus pandemiyasının coğrafiyası açıqlanıb

Türkiyə Səhiyyə naziri Fəxrəddin Koca son 24 saatda daha 63 nəfərin  vəfat etdiyini, beləliklə, koronavirus xəstəliyindən həyatını itirənlərin sayının 277-ə yüksəldiyini  bildirib.

Bu müddətdə 14 min 396 test aparılıb və daha  2 min 148 nəfərdə koronavirus  qeydə alınıb.

İlk yoluxma faktından – 10 martdan bəri Türkiyədə 15 min 679  koronavirus daşıyıcısı aşkarlanıb. Reanimasiyada 979 xəstə müalicə olunur.

Bu vaxtadək xəstələrdən 333-ü sağalaraq evlərinə dönüb.

Nazir bugünkü brifinqdə ilk dəfə koronavirusun yayılma coğrafiyası haqqında məlumat verib. Virus Türkiyənin  81 vilayətinin hamısında təsbit edilib. Ən çox yoluxma İstanbulda aşkarlanıb.

8 min 882 yoluxma faktı ilə İstanbul Türkiyə üzrə virus daşıyıcılarının 60 faizini təşkil edir. Ankarada isə 712 yoluxma qeydə alınıb.

Koronavirusdan həyata vida edən 277 nəfərin 117-si İstanbulda olub. Bir başqa ifadə ilə, həyatını itirənlərin 40 faizi İstanbula aiddir.

  • İzmirdə 18
  • Kocaelidə 8
  • Ankarada 7
  • Konyada 7
  •  Zonquldaqda 5
  • Trabzonda 5
  • Balıqəsirdə 5
  • Adanada 3
  • Sakaryada 4

Türkiyə vətəndaşı koronavirus xəstəliyindən vəfat edib.

Fəxrəddin Koca koronavirusla mübarizədə risk altında olan səhiyyə işçiləri arasında 601 yoluxma qeydə alındığını  da diqqətə çatdırıb.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir