ÜST baş direktoru qlobal "COVİD-19" pandemiyasının labüd tablosunu cızıb

 

“1 MİLYON YOLUXMA VƏ 50 MİN VƏFAT SAYINA ÇATACAĞIMIZ LABÜDDÜR”

ÜST baş direktoru çıxışı zamanı:

Gələcək bir neçə gün ərzində 1milyon yoluxma və 50 000 vəfat sayına çatacağıq. “COVİD-19″un Çində ortalığa çıxmasından bu günədək 4 aya yaxın müddət keçib. Dünya bundan əvvəl koronavirus pandemiyası ilə qarşılaşmayıb. Məchul və təhlükəli virusun sürətli və Yer kürəsi boyunca yayılmasından dərin narahatam”.

, – deyə narahatlığını dilə gətirib.

T.A.Ghebreyesus öz nitqində tez-tez dünyanın əvvəllər  koronavirus pandemiyası ilə qarşılaşmadığını xüsusi vurğulayaraq:

 Yeni növ koronavirusun anatomik-fizioloji xüsusiyyətlərinə nabələdik və gündən-günə naməlum “COVİD-19″u öyrənməyə davam edirik. Pandemiya təkamül keçdikcə yeni məlumatlar ortaya  çıxır və bizim tövsiyələrimiz  formalaşır”.

, – deyib.

MASKA MÜBAHİSƏSİNƏ AYDINLIQ

Dünya miqyasında virusdan qorunmaq üçün maska istifadəsinə dair cəmiyyətdəki davamlı bir-birinə zidd mübahisələrə də:

ÜST xəstələr və onlara baxan şəxslərin tibbi maskadan istifadəsini tövsiyə edir.  Maskalar yalnız digər qoruyucu vasitələrlə birlikdə effektivdir”.

, – deyərək rəyini bildirib.

IMF (Beynəlxalq Valyuta Fondu) və DÜNYA BANKINA ÇAĞIRIŞ

T.A.Ghebreyesus “COVİD-19″a yoluxma faktına Afrika və Cənubi Amerikada nisbətən daha az rast gəlinsə də, virus bu ölkələrdə ciddi sosial, iqtisadi və siyasi nəticələr yaradacağının fərqində olduğunu söyləyib.

İnkişaf etməkdə olan ölkələrin çoxunun xalqın ehtiyaclarını ödəmək və iqtisadi tənəzzülün qarşısını almaq üçün borclarının yüngülləşdirilməsinin şərt olduğunu da vurğulayan ÜST baş direktoru çıxışının sonunda bu məsələ ilə əlaqədar  BVF(IMF) və Dünya Bankına səslənərək çağırış edib.

 

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir