Xəstəliyi əlamətsiz keçirən koronavirus daşıyıcıları real təhlükə mənbəyidir

Koronavirus daşıyıcılarının 10%-də xəstəlik simptomsuz keçir.

“Deutsche Welle”nin məlumatına görə, ABŞ-ın Epidemiyaya Nəzarət və Profilaktika Mərkəzi Sinqapurda apardığı araşdırma nəticəsində belə qənaətə gəlib.

Araşdırma yanvar ayından mart ayınadək Sinqapurda “COVİD-19″a yoluxmuş 243  şəxs üzərində aparılıb. Onlardan 157-si xaricə səfər etməmiş insanlar olub.

Mərkəz əvvəlki xəbərdarlıqlarını yenidən nəzərdən keçirərək:

Simptomlu və ya simptomsuz hər kəsin virus daşıyıcısı ola biləcəyini bildirib”.

Həmçinin sosial məsafənin xüsusi rolu vurğulanıb:

Olduqca sağlam görünən insanlarla təması azaltma məsələsində son dərəcə diqqətli olmaq lazımdır”.

, – araşdırmaçı Loren Ansel Meyers bildirib.

Tədqiqatçılar yoluxucu xəstəliyin atipik – simptomsuz  formasından savayı, tipik simtomla keçən infeksiyadan sağalanların sonrakı neçə gün ərzində  yoluxduruculuq qabiliyyətini də araşdırır.

L.A.Meyers hər iki xəstə növündən qaynaqlanan neçə yeni yoluxma halının ortaya çıxdığı barədə hələlik  dəqiq statistik məlumat olmadığını söyləyib.

Qeyd edək ki, virusun ilk dəfə aşkarlandığı Çinin Hubey vilayətində aparılan bir başqa araşdırmada da koronavirus daşıyıcılarının 10%-də xəstəliyin simptomsuz keçdiyi vurğulanıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir