Ağ Evə xəbərdarlıq məktubu: Koronavirus danışıqla, nəfəslə da yoluxdurucudur

 VİRUSUN HAVADA NƏ QƏDƏR ASILI QALMASI ƏTRAF MÜHİT AMİLLƏRİ İLƏ ƏLAQƏLİDİR

Harvard Sosial Sağlamlıq fakültəsinin sabiq dekanı olan doktor Fineberg CNN-ə açıqlamasında Ağ Ev Elm və Texnologiya Siyasəti İdarəsindən Kelvin Droegemeierin istəyi ilə araşdırma apardıqlarını  bildirib.

Nebraska Universitetində aparılan araşdırmada “COVİD-19″lu pasiyentlərin ətrafında  2 metr  məsafədə virusun mövcudluğunu tədqiq edən Fineberg deyib:

Yeni növ koronavirus havada asılı qala bilər və bu bölgədən keçən şəxsləri yoluxdurmaq qabiliyyətindədir”.

Virusun havada nə qədər müddət ərzində qalmasının ətraf mühit amillərindən asılılığına diqqət yönəldən tədqiqatçı alim fikirini davam etdirirək bildirib:

Heç bir hava axını olmayan bir otaqda virus havaya qarışırsa, daha sonra həmin məkana daxil olan insana yoluxa bilir. Havalandırılmış məkanda isə  virus hava axını ilə sovuşdurulur”.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir