BMT Baş Assambleyası Rusiyanın təklifini rədd edib

Ukrayna, Gürcüstan, Böyük Britaniya, ABŞ və Avropa İttifaqı (Aİ) Rusiyanın koronavirusla  mübarizədə həmrəylik, eləcə də ticarət müharibələrindən və birtərəfli sanksiyalardan imtina haqqında   təklif etdiyi qətnaməni  dəstəkləməyib.

Bu sənədi  Rusiya Birləşmiş Millətlər Təşkilatına (BMT)  28 üzv dövlətlə birgə hazırlayıb və  martın sonunda  baxılması üçün Baş Assambleyaya  təqdim edib.

Lakin konsensus olmadığından qətnamə qəbul olunmayıb.

Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyi məlumat verib. Daimi nümayəndəlik qərarı şərh edərkən ABŞ, Aİ və Böyük Britaniyanın yazılı formada məntiqini və arqumentlərini görməkdə maraqlı olduğunu  bildirib. Eyni zamanda qeyd edib ki, Ukrayna və Gürcüstan “arqumentləri  əsasən təkəbbürlü və siyasiləşdirilmiş olduğundan” Rusiya onları  bu izahatdan “xilas və azad etməkdən şad olardı”…

Xatırladaq ki, Rusiya 2014-cü ildə Krımı qanunzus olaraq ilhaq etdikdən sonra  beynəlxalq sanksiyalarla üzləşib.

BMT Baş Assambleyası böyük səs çoxluğu ilə Krımı Rusiya ərazisi kimi tanımaqdan imtina edib. Rusiyanı bu məsələdə yalnız Ermənistan, Belarus, Boliviya, Kuba, Şimali Koreya, Nikaraqua, Sudan, Suriya, Venesuela və Zimbabve dəstəkləyib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir