BMT xəbərdarlığı: "Terror qrupları "COVİD-19"dan yararlana bilər"

 

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Katibi Antonio Guterres, yeni növ koronavirus “COVİD-19” pandemiyasının yarada biləcəyi təhlükəli vəziyyətlərə qarşı xəbərdarlıq edib:

 Terrorçu ve radikal gruplar pandemiyadan istifadə edə bilər”.

Suriya, Yəmən, Liviya, Myanmar, Ukrayna, Sudan, Kamerun kimi döyüş bölgələrindən atəşkəs təəhhüdü gəlsə də, öhdəliklərə əməl edilmədiyinə diqqət çəkən baş katib dünyadakı tək ortaq düşmən olan “COVİD-19″a qarşı savaşmağın zəruriliyini vurğulayıb.
Pandemiyanın beynəlmiləl sülh və təhlükəsizliklə yanaşı, “qida təhlükəsizliyini də təhdid etdiyini” xəbərdarlıq edən Guterres deyib:
Qida, dərman və digər tibbi ləvazimatlar daxil olmaqla bütün tədarük zəncirləri davam etməli, xüsusilə də ən yoxsul və mühafizəsiz bölgələr təmin edilməlidir. Dünyamızın ehtiyac duyduğu birlik və sülh üçün “COVİD-19″ bəlasına qarşı əlimizdən gələni əsirgəməməliyik”.

 

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir