El Venizelos səyahət gəmisində koronavirusa yoluxan 119 sərnişindən 65-i türk vətəndaşıdır

Türkiyənin Afinadakı səfiri Burak Özügərgin bu barədə açıqlama verib:

Yunanıstan bayraqlı, kapitanı ve 36 nəfərlik yunan ekipajı ilə yanaşı, 160 türk ve 187 başqa ölkə  vətəndaşını daşıyan kruiz gəmisi Pire Limanındakı gözləmə müddətindədir, Yunan Sağlamlıq Heyəti tez-tez gəmiyə çıxaraq müayinələri davam etdirir”.

Yunanistan Vətəndaşı Qoruma naziri Nikos Hardalias “COVİD-19” testi pozitiv çıxan gəmi heyəti və sərnişinlərin  kruizdə müalicə olunacağını, testləri “negativ” çıxanların isə Afinada bir oteldə 14 gün müddətində karantinə alınacaqlarını açıqlayıb. Hardalias koronavirüs təsbit edilən sərnişinlərdən 65 nəfərin türk vətəndaşı olduğunu söyləyib.

Kruizin tabe olduğu Amerika Florida mərkəzli “Miray International” ve “Miray Cruises” gəmiçilik şirkətindən verilən məlumatda yunan səlahiyyətlilərinin gəmidəki personaldan 119 nəfərin yeni növ koronavirusa yoluxduğunu bildirdiyi deyilir. Açıqlamada xəstəxanaya yerləşdirilən 2 nəfər istisna olmaqla, sərnişinlərin ciddi sağlamlıq  probleminin olmadığı, bütün heyət üzvlərinin ehtiyacının təmin edildiyi qeyd edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir