Azərbaycanda koronavirusun yayılma coğrafiyası açıqlanıb

Azərbaycanda 443 nəfər koronavirusa yoluxub. Onlardan 32 nəfəri sağalıb, 5 nəfəri vəfat edib. Hazırda 406 koronavirus xəstəsinin müalicəsi davam etdirilir. Virusa yoluxanların 98 (26,4%) nəfəri ölkə xaricindən gələnlərdir.

Koronavirusa yoluxmanın respublika üzrə qrafiq statistikası  rəsmi Koronavirusinfo.az saytında yerləşdirilib. Qeyd:  coğrafi statistika ilə tanış olmaq üçün  sayta  kompüter vasitəsilə daxil olmaq lazımdır.

Təqdim olunan məlumata görə, koronavirus daşıyıcılarının 149 nəfəri (40,2%) Bakı şəhərindədir. Onların 27 nəfəri Yasamal, 23 nəfəri Binəqədi, 23 nəfəri Nəsimi,19 nəfəri Nərimanov, 13 nəfəri Xətai, 10 nəfəri Səbail, 9 nəfəri Qaradağ, 7 nəfəri Sabunçu, 5 nəfəri Suraxanı, 3 nəfəri Xəzər, 2 nəfəri Pirallahı, 2 nəfəri Nizami rayonlarında qeydə alınıb.

Sumqayıt şəhərində 7, Abeşron rayonunda 11 koronavirus daşıyıcısı aşkar olunub.

Digər rayonlar üzrə isə statistika belədir: Lənkəranda 18, Cəlilabadda 15 və Salyanda 12, Qusarda 9, Tovuzda 5, Neftçalada 4, Astarada 3, Naftalanda 3, Daşkəsəndə 3, Füzulidə 3, Xaçmazda 3, Zaqatalada 3, Ucarda 3, Ağdamda 2, Ağdaşda 2, Qubada 2, Masallıda 1, Siyəzəndə 1, Xızıda 1, Qəbələdə 1, Tərtərdə 1, Qaxda 1, Qazaxda 1 və Biləsuvarda 1 nəfər koronavirusa yoluxan var.

Bununla yanaşı, Naxçıvanda və ölkənin bir sıra rayonlarında, o cümlədən Gəncə, Mingəçevir, Şirvan, Neftçala şəhərlərində virusa yoluxma  qeydə alınmayıb.

Hazırda Azərbaycanda  4321 karantində olan nəfərin müayinəsi davam etdirilir. Ölkə üzrə:

443  koronavirus daşıyıcısı qeydə alınıb. 406 aktiv koronavirus xəsətsidir.  Onlardan 32-i nəfəri sağalıb. 5 nəfər koronavirusdan dünyasını dəyişib.
Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir