Dünya üzrə koronavirus pandemiyasında son vəziyyət

Qərbdə korona virusuyla əlaqədar 4 aprelə olan məlumat

 

Koronavirusun yeni növü “Covid-19” nəticəsində ölənlərin sayı dünya üzrə 59 min 220-a yüksəlib, yoluxma sayı 1 milyon 118 min 244-ü, sağalanların sayı 229 min 157-i keçib.

 

İtaliyada “Covid-19″dan həyat itkisi son 24 saatda 766 nəfər artaraq 14 681 nəfərə çatıb. Yoluxmaların sayı isə 119 min 827-dir.

İspaniyada ölənlərin sayı 11 min 198, yoluxma sayı 119 min 199 nəfərdir.

Fransada “Covid-19”dan can itkisi son 24 saatda 588 artaraq 6507-yə, yoluxmaların sayı 82 min 165-ə yüksəlib.

1208 ölüm, 91 min 159 yoluxma hadisəsinin olduğu Almaniyada daha 6 Türkiyə vətəndaşı koronavirusdan həyatını itirib.

Can itkisi 7403, yoluxma sayının 277 min 522-dən çox olduğu ABŞ-da ən çox Nyu-Yorkda ölüm və yoluxma qeydə alınıb. Səhiyyə  personalından  və onların ailə üzvlərindən 1648 nəfər bu virusa yoluxub,  “6 nəfər dünyasını dəyişib.

İngiltərədə “Covid-19”dan 3605 adam ölüb, yoluxmaların sayı 38 min 168-ə yüksəlib.

Koronavirusundan Hollandiyada 1487, Almaniyada 1275, Belçikada 1143, İsveçrədə 604, İsveçdə 358, Portuqaliyada 246, Avstriyada 168, Danimarkada 139, Filippində 136, Rumıniyada 133, İrlandiyada 120, Polşada 71, Yunanıstanda 63, Peruda 61 və Norveçdə 59 insan həyatını itirib.

Kanadada ölənlərin sayı 208, yoluxanların sayı 12 min 554-ə çatıb. “Covid-19”la əlaqədar Kanada İraqdakı NATO missiyalarında xidmət edən 500 əsgərini geri çağırıb.

Braziliyada koronavirusundan ölənlərin sayı 365, yoluxanlar isə 9.056 nəfərə çatıb. Ölkə prezidenti  Jair Bolsonaro deyib:

Bu virus yağışa bənzəyir və bütün ölkəni 70 faiz isladacaq. Yalnız yoluxmuş insanlar sağaldıqdan sonra ölkə azad olacaq… Braziliya xalqı qaydalara əməl etməzsə, 2-3 aya ölkəni böyük bir işsizlik gözləyir”.

Meksikada “Covid-19”dan ölüm sayı 60-a, yoluxmalar 1510-a yüksəlib.

Yeni Zelandiyada virusa yoluxma 950-ə çatıb.

 

Mənbə: TRT

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir