Azərbaycanda "COVİD-19"dan 2 vəfat qeydə alınıb

OPERATİV QƏRARGAH MƏLUMAT VERİR

Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş 2 şəxs vəfat etmişdir.

1931-ci il təvəllüdlü  Azərbaycan Respublikasının vətəndaşı  şəkərli diabet xəstəsi  olmuş,  1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilmişdir.

Onlardan “COVID-19” üçün götürülən analiz nümunələrinin nəticəsi müsbət çıxıb.

Xəstələrin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib.

Hazırda onların ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir