Çində ilk dəfə koronavirus səbəbindən ölüm faktı qeydə alınmayıb

Çin Milli Səhiyyə Komissiyası dekabr ayında ölkənin Hubey əyalətinin Vuhan şəhərində baş verən və pandemiyaya çevrilən yeni növ koronavirus “COVİD-19” epidemiyası ilə bağlı açıqlama verib. Məlumatda aylar sonra ilk dəfə – 6 aprel tarixində ölkə ərazisində heç bir ölüm faktının qeydə alınmadığı bildirilib.

Son 24 saat ərzində ölkı ərazisində yeni növ koronavirus səbəbindən ölüm faktı qeyd edilməyib. 32 yeni yoluxma faktı ilə ümumi yoluxanların sayı 81 min 740-a çatıb. 89 nəfər xəstəlikdən sağalıb. Bu günədək ölkədə yoluxucu xəstəlikdən sağalanların cəmi 77 167 nəfərə yüksəlib.

 

 

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir