ABŞ-da son 24 saatda "COVİD-19"dan ən yüksək ölüm göstəricisi qeydə alınıb

Amerika Birləşmiş Ştatları təlatümlü günlərini yaşayır. “SARS-CoV-2” kabusu yoluxdurmaqda və can almaqda davam edir. Ölkə ərazisində günbəgün yüksək sürətlə yayılan yeni növ koronavirusa yoluxanların ümumi sayı artaraq 400 min 540-a, “COVİD-19″dan həyatını itirənlərin ümumi sayı isə 12 min 857-yə çatıb. Xəstəlikdən sağalanların ümumi sayı 22 min 224 nəfərdir.

Son 24 saatda ABŞ ağır aqibətlə üzləşib:

Bir gündə 1986 nəfər həyatla vidalaşıb. Bu, ölkə ərazisində 4 apreldə qeydə alınan ölüm göstəricisindən ( 1 344) də yüksəkdir.

205 nəfərdə isə koronavirusa yeni yoluxma faktı təsbit edilib.

Mənbə:Worldometer

 

 

 

 

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir