Atatürk Hava limanı və Sancaqtəpədə inşa edilən dövlət xəstəxanalarının sona çatdırılması 45 günə planlaşdırılıb

İstanbulda Yaşılköydəki Atatürk Hava Limanında və Sancaqtəpədə sürətlə inşa edilən dövlət xəstəxanalarının hər biri 1000 otaqlı  və hər palata 1 nəfərlik olacaq. Birmərtəbəli xəstəxanaların içərisində əməliyyat və reanimasiya otaqları da quraşdırlacaq. Bu xəstəxanaları prefabrik və müvəqqəti olaraq düşünmədik, pandemiya sonrası da istifadə edilməsi nəzərdə tutulur” .

Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Mətbuat Konfransında bildirib.

Nazir deyib ki, bu tipli xəstəxanaların Türkiyənin başqa ərazilərində də inşası nəzərdə tutulur, amma hazırda Türkiyədə ümumilikdə xəstəxanalarda reanimasiya şöbəsinin 38 faizi boşdur.

F.Qoca evdə karantinə alınan xəstələrin mobil telefonlarına xüsusi proqram yükləməklə onların daim operativ nəzarətində saxlanacağını da vurğulayıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir