İstifadə müddəti bitən şəxsiyyət vəsiqələri karantin müddətinin sonunadək etibarlıdır

Daxili İşlər və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən şəxslərin nəzərinə çatdırır ki:

Vətəndaşların müraciətləri nəzərə alınmaqla etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələrinin istifadə müddəti xüsusi karantin rejimi bitənədək uzadılıb”.

Bu barədə Daxili İşlər (DİN) və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin (ƏƏSMN) birgə yaydığı məlumatda bildirilib. 

Qeyd olunub ki:

Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş işsiz şəxslər də birdəfəlik ödəməni almaq üçün elektron qaydada müraciət edə bilərlər”.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir