Operativ Qərargah: "Ölkədə 1 gündə 3073 nəfər xüsusi karantin rejimini pozub"

Elektron icazə verilməsi proseduruna yenidən baxıla, məhdudiyyətlər sərtləşdirilə bilər”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Avtobuslarda sıxlığın aradan qaldırılması üçün evdə qalmaq lazımdır”.

İ. Məmmədov qeyd edib ki, xüsusi karantin rejimini 1 gündə 3073 nəfər pozub:

Kifayət qədər avtobus var və zəruri hallarda avtobuslar xəttə buraxılır. Qanunsuz yollarla icazələr alma halları var. Bir çox dövlət qurumlarına işçilərinin 30 faizdən artığına icazə verməmək tövsiyə olunur. Ancaq hətta işdə ehtiyac olmayan əməkdaşlarının adlarını daxil edərək onların çölə çıxmasına şərait yaradırlar. Külli miqdarda jurnalist vəsiqələrinin verilməsi halları da var. Avtobuslar küçələrə çıxacaq adamların sayına hesablanıb. Qanunsuz olaraq kimlərinsə küçələrə çıxmasına şərait yaradan KİV-lər, dövlət və özəl qurumlara nəzarət olunur və bunun cəzası da mütləq olacaq”.

 Azərbaycanda vəziyyət digər dünya ölkələri ilə müqayisədə nisbətən yaxşıdır:

Başqaları ilə müqayisədə bu yaxşı vəziyyəti saxlamaq dövlətin konstitusion borcudur. Dövlət qaydaları pozanları təcrid etmək üçün bütün addımları atacaq. Hökumət bu addımı atmaq istəmir”. 

İ. Məmmədov nəzərə çatdırıb ki, karantin rejimini uzatmaq sadə bir qərar deyil, iqtisadiyyat zərər çəkir, kiçilir.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı  qeyd edib ki:

Karantin rejimini uzatmamaq üçün tətbiq olunan xüsusi rejim qaydalarına əməl etmək tələb olunur”.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir