TƏBİB: Azərbaycanda koronavirusa 105 yeni yoluxma faktı təsbit edilib

Bizdə koronavirusa yoluxma artıq üçrəqəmli həddə çatıb”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib:

Bu günlərdə Gəncədə laboratoriya fəaliyyətə başlayıb. Şəki və Sumqayıtda da laboratoriyalar açılacaq. Naxçıvanda laboratoriyanın qurulmasına nail olduq. Bu gün 3 min test yoxlaması aparılıb. 105 yoluxma faktı təsbit olunub. Bura Naxçıvanda aşkarlanan hallar da daxildir. Hazırda yeni növ koronavirusa ümumi yoluxma sayı 822 nəfərə çatıb. Bu gün 19 nəfər sağalaraq evə göndərilib. Sağalan şəxslərə iltizam forması imzalatdırılır. Onlara evdə özlərini necə aparacağı barədə təlimat verilir”.

Azərbaycanda bu günədək  53 min 300 test keçirilib:

Koronavirusdan ümumi sağalan 63 nəfərdir, 8 nəfər vəfat edib. Hazırda 750 xəstəmiz var. Ötən həftə ilə müqayisədə yoluxma hallarının artması müşahidə olunub. İnkubasiya dövrü tamamlandıqda təcili yardıma zənglər artır, koronavirusa yoluxanlar artır”.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir