ABŞ Türkiyədən tibbi ləvazimat və gigiyena vasitələri ilə bağlı kömək istəyib

Koronavirusla mücadilə çərçivəsində bu günədək yardım istəyən 93 ölkənin 32-sinə qarşılıq verən, öz yardım əlini uzadan qardaş ölkə Türkiyədən Amerika Birləşmiş Ştatları da kömək istəyib.

ABŞ Türkiyə Səfirliyi vasitəsilə Ankaraya tibbi avadanlıq və gigiyena vasitələri barədə yardım etmələri üçün müraciət edib. Xarici İşlər nazirliyi ilə Sənayə və Texnologiya nazirliyinin Ticarət nazirliklərinə təqdim olunan, mübadilə yolu ilə tədarük ediləcək siyahıda bunlar var:

Yataq, N95 maskası, əlcək, gözlük, ventilyator, mobil rentgen sistemi, antibiotik, morfin, antiviral peyvəndlər, spirt əsaslı əl üçün dezinfeksiyaedici vasitə, cərrahi sabun, xlor, cəsəd torbası, dezinfeksiya vasitələri, ev izolyasiyası üçün kitlər, tibbi borular, ölşülü tənəffüs cihazı, oksigen üz maskası, tibbi oksigen, burun kanyulası, larinqoskop dəsti, baxil, tibbi önlük və örtük, cərrahi maska, anesteziya aparatı, nümunə daşıma çantaları və daşınabilən nəbz ölçmə aparatı”.

 

 

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir