Türkiyədə koronavirusa 4056 yeni yoluxma faktı təsbit edilib

Türkiyədə son 24 saatda “COVİD-19″dan 96 insan vəfat edib, həyatını itirənlərin ümumi sayı 908-ə çatıb.

Ölkənin Səhiyyə naziri Fəxrəddin Koca “Twitter” hesabı üzərindən etdiyi açıqlamada bildirib:

Bu gün 28 min 578 test müayinəsi aparılıb, nəticədə koronavirusa 4 min 056 yeni yoluxma faktı təsbit edilib. 296 nəfər xəstəlikdən sağalıb.

Yeni növ koronavirusa yoluxanların ümumi sayı 42 min 282, sağalanların ümumi sayı 2 min 142 nəfərdir.

Gündəlik hədəfimizə – 30 000 “COVİD-19″ diaqnostik test müayinəsinə yaxınlaşmaq üzrəyik. Artırılan test sayımıza rəğmən yoluxmanın artma sürəti azalan xətdədir”.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir