Dünya və "SARS-CoV-2" mübarizəsi: Koronavirusdan həyat itkisi davam etməkdədir

Dünya miqyasında yeni növ koronavirus – “SARS-CoV-2” pandemiyasından həyatını itirənlərin ümumi sayı 101 min 576-ya, ümumi yoluxma sayı 1 milyon 677 min 286-yə çatıb.

Bu günə qədər “COVİD-19″dan ən çox həyat itkisi aşağıda sadalanan ölkələrdə qeydə alınıb:

  • İtaliya 18 min 849 nəfər;
  • ABŞ 18 min 015 nəfər;
  • İspaniya 15 min 970 nəfər;
  • Fransa 13 min 197 nəfər;
  • İngiltərə 8 min 958 nəfər;
  • İran 4 min 232 nəfər;
  • Çin 3 min 336 nəfər;
  • Belçika 3 min 019 nəfər
  • Almaniya 2 min 607 nəfər;
  • Hollandiya 2 min 511 nəfər;
  • İsveçrə 1001 nəfər.

Yeni növ koronavirusa yoluxan dünya əhalisinin  372 min 439 nəfəri sağalıb. Hal-hazırda 1 milyon 203 min 271 nəfər “SARS-CoV-2″yə yoluxmuş aktiv xəstə var.  Onlardan 96 %-nin vəziyyəti orta, 4%-nin – 49 min 814 xəstənin vəziyyəti isə ağırdır.

 

Mənbə:Worldometer /saat 21:31

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir