İranda daha 122 nəfərin ölməsi ilə koronavirus qurbanlarının sayı 44 min 232-ə çatıb

İranda son bir gün ərzində daha 122 nəfər “Covid-19” infeksiyasından ölüb, 1972 yeni koronavirusa yoluxma faktı qeydə alınıb.

Bu barədə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur aprelin 10-da mediaya açıqlamasında məlumat verib.

Cahanpur bildirib ki, son bir sutka ərzində İranda daha 122 nəfərin ölməsi ilə  koronavirusdan həyatını itirənlərin ümumi sayı 44232 nəfərə çatıb. O, bildirib:

Həmçinin xəstəliyə yoluxanların sayı da 68 min 192 nəfərə yüksəlib.

Xoşbəxtlikdən koronavirusdan sağalıb evə buraxılanların sayı da artaraq  35 min 465 nəfəri ötüb.

Təəssüflər olsun ki, hazırda virusa yoluxanlardan 3969 nəfərinin durumu ağırdır və həmin xəstələr həkimlərin ciddi nəzarəti altında saxlanılırlar”

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir