Nyu-Yorkda koronavirusdan ölənlərin sahibsiz cənazələrini kütləvi məzarda basdırılar

ABŞ-da yeni növ koronavirus (Covid-19) epidemiyasında ölənlərin sayı 16 min 600-ü keçib.

Ən ağır vəziyyət  Nyu-York şəhərindədir. Bu şəhərdə koronavirus təsbit edilmiş şəxslərin sayı 88 minə çatıb.  5 min 280 nəfər həyatını itirib.

Virus qurbanlarından sahibsiz  cənazələrin dəfni üçün Hart adasında kütləvi məzarlar qazılıb. Peyk və dron vasitəsilə  çəkilmiş şəkillərdə  cənazələrin bərə ilə adaya daşınaraq toplu şəkildə basdırıldığı görülür.

ABŞ-da ən çox evsiz  ölkənin ən böyük və dünyanın ən zəngin şəhərlərindən biri olan Nyu-Yorkdadır.

Nyu-York Evsiz Xidmətlər Birliyinin məlumatlarına görə, 8 milyondan artıq  əhalisi olan şəhərdə 70 mindən çox evsiz insan yaşayır. Onlar koronavirus pandemiyasının tüğyan etdiyi şəhərin ən işlək küçələrində, vağzalarda,  qatar stansiyalarında, metroda və digər yerlərdə yatmağa davam edirlər. Bu da onların koronavirusa yoluxması  və həyatılarını itirməsi ilə nəticələnir.

Qeyri-hökumət təşkilatı “Central Park Civic Association” rəhbəri Maykl Fişer şəhər rəsmilərini evsizlərlə əlaqədar lazımi tədbirlər görmədiklərinə görə tənqid edib. O, evsizlər üçün kirayələnmiş 700 otel yerinin az olduğunu bildirib.

Qeyd edək ki, Nyu-York şəhərinə yaxın olan Hart adasında  19-cu əsrdən bəri sahibsiz cənazələr dəfn olunur.  Son günlər bu adada koronavirusdan həyatını itirənlər basdırılır.

Şəhərdə ölənlərin sayı 5 mindən çox olduğuna görə cənazələr morqlarda 15 gündən artıq saxlanılmır. Bu müddət  ərzində sahib çıxılmayan  bütün cənazələr Hart adasına aparılaraq  kütləvi məzarda basdırılır.

Məzarların qazılmasını və taburların basdırılmasını həbsxanalardan gətirilən məhkumlar həyata keçirir.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir