Rusiya  həkimləri xəbərdarlıq edir:  PZR testləri 20-30 faiz xətalıdır

Moskva Səhiyyə Departamenti “COVİD-19”  testlərinin dəqiqlik dərəcəsinin aşağı olduğunu etiraf edib.  Departament  bu barədə  Moskvanın tibb müəssisələrinə yazılı xəbərdarlıq göndərib. Moskvanın baş həkiminin imzaladığı məktubda  testlərin etibarsızlığı  qeyd olunub. Eyni zamanda  vəziyyətinin ağırlaşa biləcəyi düşünülən pnevmoniyalı xəstələrin  kompüter  tomoqrafiyasına  göndərilməsi  tövsiyə edilib.

Moskva xəstəxanalarında toplanan təcrübəyə görə, “COVİD-19”  testinin cavabı  neqativ alınan  elə xəstələr olub ki, səhhətləri bir neçə saat sonra  pisləşib. Kompüter  tomoqrafiyası (KT)  həmən şəxslərdə artıq ağciyərlərin sıradan çıxdığını göstərib.

Bu səbəbdən Moskva Səhiyyə Departamenti “COVİD-19″un  yeganə etibarlı diaqnostika metodunun  KT və rentgenoqrafiyanın olduğunu bildirib.

Rusiyanın Səhiyyə Nazirliyinin ştatdankənar baş pulmonoloqu  Sergey Avdeyev də  polimeraza zəncirvari reaksiya (PZR) diaqnostika metodunun (testinin)  dəqiqlik dərəcəsinin 70-80 faiz olduğunu  bu həftə keçirilmiş “İnsan və dərman” konfransında bildirib. O,  1400 xəstədən 300-nün yeni növ koronavirus  – SARS-CoV-2 (COVİD-19) testinin neqativ çıxdığını, lakin onların ağciyərlərində dəyişikliyin KT üsulu ilə aşkarlandığını qeyd edib.

Xatırladaq ki, polimeraza zəncirvari reaksiya  ən yeni və dəqiq diaqnoz metodlarından biridir.  Yaradıcısı –  Carey Mullisə  1993-cü ildə Nobel mükafatı verilib.

Bu metod eksperimental sayılsa da,  səhiyyədə, o cümlədən SARS-CoV-2 (koronavirusun) diaqnostikasında  geniş istifadə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir