Türkiyənin 30 böyük şəhərində və 1 vilayətində 2 sutka küçəyə çıxmaq qadağan olunub

Türkiyənin Daxili İşlər Nazirliyindən verilən ilkin məlumata görə, ölkənin  böyük şəhər statusunda olan – Adana, Ankara, Antalya, Aydın, Balıkəsir, Bursa, Dənizli, Diyarbakır, Ərzurum, Eskişehir, Gaziantep, Hatay, İstanbul, İzmir, Qəhramanmaraş, Kayseri, Kocaeli, Konya, Malatya, Manisa, Mardin, Mersin, Muğla, Ordu, Sakarya, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon, Van və  Zonquldaq vilayətinin ərazisindəki  bütün əhalinin iki sutka boyu küçəyə çıxması yasaqlanıb.

Qadağa bu gecə  saat 00:00-dan qüvvəyə minəcək və açıqlamaya əsasən, aprelin 12-si gecə yarısınadək sürəcək.

Qərarın koronavirus pandemiyası ilə mübarizə çərçivəsində alındığı bildirilib.

 

Mənbə: AA

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir