ABŞ-da koronavirusa 33 min 752 yeni yoluxma faktı təsbit edilib

Amerika Birləşmiş Ştatlarında yeni növ koronavirusa yoluxma və ölüm halları hələ də yüksək sürətlə çoxalmaqdadır.

Dünən ölkə ərazisində koronavirusa görə aparılan “COVİD-19” test müayinəsi nəticəsində 33 min 752 yeni yoluxma faktı təsbit edilib: ən çox yoluxma halları 3 ştatda – 10 min 854-ü epidemiyanın qızğın mərkəzi Nyu-Yorkda; 3 min 561-i Nyu-Cersidə;  2 min 033-ü isə Massaçusetsdə aşkarlanıb.

“SARS-CoV-2″yə yoluxanların ümumi sayı 502 min 876-ya çatıb.

“COVİD-19″dan həyatını itirənlərin ümumi sayı 18 min 747-yə çatıb. Dünən ABŞ-da ən yüksək ölüm faktı qeydə alınıb: 2 min 035 insan atipik pnevmoniyadan vəfat edib: ən çox yeni ölüm Nyu-York (777 nəfər), Nyu-Cersi (232 nəfər) və Miçiqan (205 nəfər) ştatlarında qeydə alınıb.

Koronavirusa yoluxanlarda bu günə qədər sağalanların ümumi sayı isə 27 min 314 nəfərdir.

Mənbə:Worldometer /Cenevrə saatı ilə 02:30/

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir