ABŞ koronavirusa yoluxma və həyat itkisinə görə birinci yerdədir

Dünya miqyasında qeydə alınan 68 min 774 yeni yoluxma faktından 22 min 683ABŞ-da təsbit edilib. Bununla ölkə ərazisində bu günədək yeni növ koronavirusa – “SARS-CoV-2″yə yoluxanların ümumi sayı 525 min 559-a çatıb.

Atipik pnevmoniyadan daha 1557  insan vəfat edib , həyatını itirənlərin ümumi sayı dünya üzrə ən yüksək həddə, 20 min 304-ə çatıb.

Yoluxma və ölüm halları ABŞ-ın 3 ştatında daha çox qeydə alınıb:

Nyu-York ştatı: 783 ölüm; 8 min 100 yeni yoluxma;

Nyu-Cersi ştatı: 251 nəfər; 3 min 563 yeni yoluxma;

Miçiqan ştatı: 111 nəfər; 1 210 yeni yoluxma .

Bu günədək yeni növ koronavirusa yoluxanlardan ümumilikdə 28 min 755 nəfər sağalıb.

Qeyd edək ki, ABŞ ərazisində koronavirusa yoluxanların diaqnostikası məqsədilə indiyədək cəmi 2 milyon 619 min 207  “COVİD-19” testi aparılıb.

Mənbə: Worldometer

/saat 20:01 Cenevrə vaxtı/

 

 

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir